AZE | RUS | ENG |

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi yenidən akkreditasiyadan keçib

“Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi yenidən akkreditasiyadan keçib
Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən ictimai biliklər "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər.
 
Qanunvericiliyə uyğun olaraq, "Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi akkreditasiyadan keçmək ilə əlaqədar Əqli Mülkiyyət Agentliyi müraciət edib. Müraciətlə əlaqədar Gildiya tərəfindən təqdim olunan sənədlər və məlumatlar müəllif-hüquq qanunvericiliyinə uyğun çəkildə təhlil edilib. Təhlil zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar işçi qaydada Gildiya rəhbərliyi tərəfindən aradan qaldırılıb.
Dekabrın 7-də Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının iclası keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev Gildiyanın audiovizual sahədə müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə ölkəmizdə yaradılmış ilk təşkilat olduğunu, audiovuzual əsər müəlliflərinin hüquqlarının idarəçiliyində xeyli təcrübə qazandığını və hal-hazırda öz Nizamnaməsindən irəli gələn vəzifə və funksiyalarını müsbət həyata keçirdiyini bildirib. O, Agentliyin rəhbərliyinin Gildiyanın qarşılarşdığı çətinliklər, xüsusilədə istifadəçilər ilə mübahisələrin həllində hüquqi yardımın göstərilməsində hazıq olduğunu qeyd edib.
 
"Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın Bürosunun sədri kinorejissor Hüseyn Mehdiyev 1999-cu ildə yaradılan təşkilatın əsas məqsədinin müəlliflərin hüquqlarının qorunması və idarəolunması nəzərə çatdıraraq təçkilatın fəaliyyətinin yekunları haqqında məlumat verib. O, Gildiyanın Agentlik ilə daim əməkdaşlıq etdiyini və mütəmadi olaraq dəstək aldığını vurğulayıb.
 
Komissiya üzvləri müraciətlə bağlı öz fikir və təkliflərinin bildiriblər. Toplantının yekununda Əqli Mülkiyyət Agentliyinin Akkreditasiya Komissiyasının üzvlərinin yekdil rəyinə əsasən, "Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın yenidən akkreditasiyadan keçirilməsi haqqında qərar qəbul edilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219