• çərşənbə axşamı, 19 mart, 13:52
  • Baku Bakı 8°C

Azərbaycan prezidentinin Münhen mesajları - Şərh

20.02.17 19:25 991
Azərbaycan prezidentinin Münhen mesajları - Şərh
"Azərbaycan prezidentiİlham ƏliyevMünhen Təhlükəsizlik Konfransında həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də panel-müzakirələrdə çox mühüm tezislərlə çıxış etdi. Prezidentin çıxışları ilk növbədə Azərbaycanı narahat edən fundamental məsələlərlə bağlı idi”.

BunuAPA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoruElman Nəsirovdeyib. O bildirib ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın qazandığı uğurların, Azərbaycanın potensialının təqdimatı baxımından çox mühüm bir tədbir olub: "Cənab prezident hər zaman olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin mahiyyəti, Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında Münhen Təhlükəsizlik Konfransının tribunasından beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar ünvanladı. Bir daha beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı ki, münaqişənin həlli ilə bağlı qəbul olunmuşBMTTəhlükəsizlik Şurasının 4 vacib qətnaməsi icra olunmur. Halbuki əksər hallardaBMTqətnamələrinin bir neçə saat sonra icrasına başlanır. Azərbaycan prezidentiİlham Əliyevikili standartlar məsələsini xüsusilə vurğuladı. Cənab prezidentin çıxışında ən çox diqqəti cəlb edən məsələlərdən biri də, heç şübhəsiz, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılması və bunun nəticəsində Azərbaycanın bir çox hallarda dövlətlər arasında pozulmuş münasibətlərin bərpası istiqamətində əldə etdiyi nəticələrdir. Bu nöqteyi-nəzərdən məhz cənab prezident xüsusi qeyd etdi ki, Azərbaycan dövlətinin, birbaşa cənab prezidentin özünün və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində Türkiyə - Rusiya münasibətlərinin bərpası mümkün oldu və iki dövlətin pozulmuş münasibətlərinin bərpasına bu vasitəçilik missiyası öz töhfəsini verdi, əlaqələr bərpa olundu və bu gün də inkişaf tempinə malikdir”.

Millət vəkilinin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında panel-müzakirələr çərçivəsində Azərbaycan prezidentiİlham Əliyevötən həftə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford arasında Bakıda keçirilmiş görüşün çox vacib məqamlarına da aydınlıq gətirib: "Cənab prezident qeyd etdi ki, biz bu görüşün yerini təklif etməmişdik. Məhz bu iki fövqəldövlətin hərbi rəhbərliyi belə bir qərar qəbul edib. Yəqin ki, bu qərarın qəbul edilməsində Azərbaycanın dünyada artan nüfuzu, çəkisi rol oynayıb. Eyni zamanda, Azərbaycan prezidenti dedi ki, Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə dəNATO-nun üzvüdür, Azərbaycan müstəqil xarici siyasət və müstəqil xarici hərbi siyasət həyata keçirir. Azərbaycanın balanslı, çevik, tarazlaşdırılmış, çoxvektorlu xarici siyasət kursu həyata keçirməsi dünyanın iki nəhəng dövlətinin yüksək rütbəli hərbçilərinin bir araya gəlməsini şərtləndirən həlledici amilə çevrilib. Generallar arasında sonuncu dəfə bu səviyyədə görüş 2014-cü ilin yanvar ayında Brüsseldə keçirilmişdi. O vaxtdan indiyə qədər heç bir Avropa şəhərində və yaxud Vaşinqtonda, Moskvada belə bir görüşün keçirilməsi mümkün olmamışdı. Görüş üçün məkan kimi Azərbaycanın seçilməsinin geosiyasi, rəmzi mənası var. Bu görüş Azərbaycana olan diqqətin və hörmətin birbaşa təzahürüdür. Bütövlükdə Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, orada səsləndirdiyi bəyanatlar Azərbaycanın beynəlxalq sülhə, təhlükəsizliyə töhfə verdiyinin növbəti dəfə təsdiqi oldu və Azərbaycana olan etimadın daha da yüksəlməsinə xidmət göstərdi”.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, Milli Məclisin üzvüMusa QasımlıAPA-ya bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham ƏliyevinATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təcavüzkarErmənistana təzyiqlər etməsi,BMTTəhlükəsizlik Şurasının dörd qətnaməsinin sözsüz yerinə yetirilməsi, dövlətlərin sərhədlərininzor gücünə dəyişdirilməsinə yol verilməməsinə dairverdiyi bəyanat Azərbaycan dövlətinin vəmillətin mövqeyinin bir daha açıq-aydın və qətiyyətlə ifadə edilməsidir: "Böyük əhəmiyyət daşıyan bu bəyanat bir daha göstərir ki, Azərbaycan dövləti ərazilərinin bir qarışını da işğalçıyagüzəştə getməyəcək və müvafiq ölkələr nizamasalma səylərində fəal olmalıdırlar. Eyni zamanda, Azərbaycan prezidentiİlham ƏliyevMünhen Təhlükəsizlik Konfransında Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Regionun iki böyük dövləti olanRusiya və Türkiyə arasında Azərbaycan daimetibarlı körpü olub, indi də belədir. Rus-türk münasibətlərinin normallaşdırılmasında cənab prezidentin xüsusi rol oynadığı bəllidir.Bu ölkələr arasında normal münasibətlərin mövcud olması həm onların özlərinə, həm də regiona və dünyaya faydalıdır. Cənab prezident bu fəaliyyəti ilərus-türk münasibətlərini soyuqlaşdırmağa, onlar arasında düşmənçilik yaratmağa çalışan Ermənistanın niyyətini də boşa çıxardı”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəriElxan Şahinoğluisəbildirib ki,prezidentİlham ƏliyevMünhen Təhlükəsizlik KonfransındaATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazılığını ifadə edib: "Prezidentə Rusiya ilə bağlı da sual verilmişdi. Prezidentin cavabı faktiki bundan ibarət idi ki, əgər Rusiya istəsə, Ermənistan hakimiyyətinə təsir edərək bu prosesi sürətləndirə bilər. Bunu xarici işlər naziriElmar Məmmədyarovda demişdi. Çünki son vaxtlar Rusiya açıq-aşkar Ermənistana dəstək verir və bunu artıq gizlətmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işlərinə aid məsələ olmadığını”, habelə "Dağlıq Qarabağətrafında rayonların boşaldılması Qarabağın statusunun müzakirə olunmasına paralel getməlidir” kimi fikirləri Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan prezidentiİlham ƏliyevMünhen Təhlükəsizlik Konfransındakı panel-müzakirələrdə ona işarə vurub ki, əslində böyük dövlətlər, o cümlədən Rusiya münaqişənin həllini sürətləndirmir, halbuki buna imkanı var. Ermənistan kiçik bir dövlətdir. Rusiya bu prosesə təsir vasitələrini işə salsa, prosesi sürətləndirmək olar. Amma biz təəssüf ki, əksini görürük. Bu gün Dağlıq Qarabağda "referendum” keçirilir. Bu "referendum”a müşahidəçilər ən çox tanınmamış Abxaziya və Cənubi Osetiyadan gəlib. Halbuki bu iki bölgə Rusiyanın tamamən nəzarəti altındadır. Rusiya istəsə, onlara deyə bilərdi ki, oturun yerinizdə, gedib bu "referendum”u izləməyin. Amma bunu demirsə və onlara şərait yaradırsa, onlar da gedib Xankəndində Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verirlərsə, deməli, Rusiyada müəyyən qüvvələr hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında əslində diplomatik dillə beynəlxalq aləmə bunu anlatmağa çalışır ki,ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllini sürətləndirmirlər. Ona görə də atəşkəs daim pozulur, lokal toqquşmalar olur”.

Politoloq qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında dediyi kimi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına zidd olub: "Azərbaycan bu münasibətlərin normallaşmasını istəyirdi. Çünki Rusiya bizim strateji tərəfdaşımızdır. Rusiyanın Ermənistana verdiyi dəstəyə baxmayaraq, bizim normal tərəfdaşlıq münasibətlərimiz var. Buna görə də Azərbaycan prezidenti Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə təşəbbüslər irəli sürdü, nəticədə bu proses nizamlandı. Bu məsələdə Azərbaycan prezidentinin də vacib rolu oldu ki, bunu hər iki tərəf də qeyd etdi. Üstəlik, bu günlərdə Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford arasında görüşün Bakıda keçirilməsi də Azərbaycana verilən dəyərin nəticəsidir. Bu görüşdəSuriyaməsələsi müzakirə olunmalı idi. Çünki ABŞ Suriyada Rakka şəhərinə hərbi müdaxiləyə hazırlaşır. Bu hərbi əməliyyatı həyata keçirmək üçün ABŞ iki əsas iştirakçı - Türkiyə və Rusiya ilə bunu razılaşdırmalı idi.Suriyaməsələsini müzakirə etmək üçün rusiyalı generalla görüş yeri axtarılırdı. Rusiyalı general sanksiyalara görə Avropaya gedə bilmirdi, amerikalı general da Suriyaya yaxın olanİraqvə İrana gedə bilməzdi. Elə bir məntəqə seçilməli idi ki, Suriyadakı hadisələrə yaxın bir ölkə, həm də o ölkəninSuriyaməsələsində balanslı mövqeyi olsun. Aydındır ki, bu rola Azərbaycan iddialı idi. Türkiyə bu rola iddia edə bilmirdi. Çünki artıq Türkiyə Suriyada Rusiya ilə hərbi ittifaqdadır. Ona görə də görüş üçün məkan Bakı seçildi. Bu fakt, üstəgəl də Azərbaycanın Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasında önəmli rol oynaması bir daha göstərir ki, bölgədə həqiqətən açar dövlət Azərbaycandır. Sadəcə, Ermənistan işğalçı siyasətini davam etdirdikcə Azərbaycana böyük dövlətlər alternativ qoymurlar. Alternativ qoymurlarsa, biz işğalçını istənilən vasitə ilə torpaqlarımızdan çıxarmalıyıq. Son 2 ildə onsuz da atəşkəsə riayət olunmur. Dövlət başçısının sözü var ki, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?! Bu strategiya o deməkdir ki, düşməninDağlıq Qarabağətrafında, işğal altında olan rayonlarda mövqeləri məhv ediləcək. Bundan nəticə çıxarmalıdırlar. Yox, nəticə çıxarmayacaqlar, üstəgəl təxribat yaradıb, "referendum” keçirərək bölgənin adını dəyişdirməyə çalışacaqlarsa, bu o deməkdir ki, lokal toqquşmalar davam edəcək. Bu, Azərbaycanın hüququdur. Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında qeyd etdi ki, müharibə problemlərin sayını çoxalda bilər. Bu da böyük dövlətlərə bir mesajdır. Atəşkəsə əbədiyyətə qədər dözəsi də deyilik. Torpaqlar boşaldılmadan atəşkəsin ömrü uzun olmayacaq”.
banner

Oxşar Xəbərlər