• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Azərbaycan prezidentinin Fransa cəmiyyətinə və prezidentinə mesajları - RƏY

15.03.17 17:00 991
Azərbaycan prezidentinin Fransa cəmiyyətinə və prezidentinə mesajları - RƏY
"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək”.

BunuAPA-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərinə münasibət bildirən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

E. Şahinoğlu deyib ki, bu səfər bir neçə amilə görə vacib idi: "Birincisi, daha öncə Fransaya Ermənistan prezidentiSerj Sarkisyansəfər etmiş və müəyyən bəyanatları olmuşdu. Məhz Sarkisyanın Fransaya səfərindən sonra dövlət başçısının Fransaya səfəri vacib idi. Çünki artıq bizdə Sarkisyanın səfərində hansı məsələlərə toxunduğu, hansı yalanları söylədiyi barədə məlumatlar vardı. Prezidentİlham ƏliyevSerj Sarkisyandan sonra Parisə səfər edərək Ermənistan prezidentinin yalanlarını arqumentlərlə boşa çıxardı. Əsas fikir də bu oldu ki, Fransada gəlib yalan danışırsan, Ermənistan bu qədər ağıllıdırsa, niyə bu qədər kasıbdır! Bu, çox ciddi bir sual idi. Mən indiyə qədər erməni saytlarına baxıram, indiyə qədər bu arqumentə cavab verə bilmirlər, çünki faktlar da bundan xəbər verir. Ermənistanın büdcəsi ağır vəziyyətdədir. Borcları çoxdur, miqrasiya artır. Belə bir vəziyyətdə hansı Fransa şirkəti Ermənistana investisiya qoya bilər? Tam əksinə, Fransa şirkətləri Azərbaycana maraq göstərə bilərlər. Çünki böyük layihələr məhz Azərbaycanda həyata keçirilir, Azərbaycanın maliyyə resursları çoxdur, nəqliyyat, dəmir yolları böyük kontinentləri birləşdirəcək. Bunlar daha cazibədardır”.

Politoloq Azərbaycanın dörd üçtərəfli regional formatda iştirak etdiyini də xatırladıb: "Bura Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran formatları daxildir. Beşinci format da artıq yoldadır. Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAzərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasını təklif edib. Ermənistan hansı belə formatda iştirak edir? Azərbaycanın cazibə qüvvəsi böyük olduğu üçün böyük Fransa şirkətlərinin hamısı Azərbaycana maraq göstərirlər”.

E. Şahinoğlu Azərbaycan dövlət başçısının Fransaya səfərinin əhəmiyyətini artıran ikinci məqamın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğunu nəzərə çatdırıb: "Serj Sarkisyanbu məsələ ilə bağlı da Fransada xeyli yalanlar danışmışdı. Erməni saytlarının yaydığı məlumata görə, guya həmin görüşlərin birində Fransa prezidentiFransua Ollanddeyib ki, öncə Dağlıq Qarabağın statusu müəyyənləşməli, sonra 5 rayon azad edilə bilər. Bunun belə olub-olmadığını biz öyrənə bilmədik. Çünki erməni saytları adətən, dezinformasiya yayırlar. Amma fakt ondan ibarətdir ki, Azərbaycan prezidenti ilə görüşdəFransua Ollandbelə bir fikir ifadə etmədi. Əksinə, dedi ki, bölgəyə sülh lazımdır, sülh danışıqları sürətləndirilməlidir,ATƏT-in Minsk Qrupunun fəaliyyətini gücləndirmək lazımdır. Azərbaycan bütün bu təklifləri qəbul edir. Şam süfrəsi arxasında prezidentİlham Əliyevbir fikri də dönə-dönə vurğuladı və çıxışını da bu fikirlə tamamladı. Dövlət başçısı dedi ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü mübahisə predmeti ola bilməz. Bu, dövlət başçısının yanında oturan Fransa prezidentinə də ciddi bir mesaj idi. Belə baxanda, əslindəFransua Ollandın nə deməsindən asılı olmayaraq, çıxışlarının və açıqlamalarının ciddi bir əhəmiyyəti də yoxdur. Çünki bir ay sonra Fransada prezident seçkiləri keçiriləcək vəFransua Ollandprezident kürsüsü ilə vidalaşacaq, bir başqa siyasətçi Fransanın prezidenti olacaq. Yəqin ki, gələcəkdə Fransanın eni prezidenti ilə də danışıqlar aparmaq lazım gələcək. Yəni Fransadakı erməni lobbisi vəSerj Sarkisyanın nə deməsindən asılı olmayaraq, düşünürəm ki, Fransanın regiondakı maraqları Azərbaycanla əlaqələri inkişaf etdirməkdən keçir. Yəqin ki, Fransanın yeni prezidenti də bu istiqamətdə müəyyən addımlar atacaq”.

Bəzi Fransa şirkətlərinin Dağlıq Qarabağda fəaliyyətinə toxunan politoloq qeyd edib ki, prezidentİlham ƏliyevFransa səfərində bu məqamı açıq vurğulayıb: "Dövlət başçısı bildirdi ki, Azərbaycanı qoyub, işğal olunmuş ərazidə bu işlərlə məşğul olmaq Fransa şirkətlərinə nə qazandırır? Həmin şirkətlər həm "qara siyahı”ya salınaraq Azərbaycanla əməkdaşlıqdan məhrum olacaqlar, həm də Dağlıq Qarabağda hansısa böyük qazanclar əldə etmək mümkün deyil. Söhbət burada kiçik şirkətlərdən gedir. Heç bir böyük şirkət separatçı bölgədə fəaliyyət göstərmək istəməz. Kiçik şirkətlər isə "qara siyahı”ya salınarsa, bu, onların zərərinə olacaq”.

Politoloq Qabil Hüseynli dəAPA-ya açıqlamasında Azərbaycan prezidentinin Fransaya səfərinin əhəmiyyətli olduğunu vurğulayıb: "Çünki bundan əvvəl Ermənistan prezidenti Rusiyaya, oradan da Fransaya səfər etmişdi.Serj Sarkisyanyenidən Moskvaya gəlir. Məndə belə bir şübhə yaranıb ki, Fransa və Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində ortaq mövqe tutmağa başlayıblar. Bu mövqedə Azərbaycanın xeyrinə olmayan məqamlar üzə çıxıb.Fransua Ollandbunu "Artsax” ifadəsini işlətməklə göstərdi. Bütün bunları nəzərə alaraq, Azərbaycan prezidentinin Parisə səfəri lap yerinə düşdü. Çünki prezidentİlham ƏliyevFransua Ollandla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi, Azərbaycanın əsaslandırılmış mövqeyini ortaya qoydu. Bu, həm də Fransua Ollanda xəbərdarlıq idi ki, ermənipərəst mövqeyindən əl çəksin, beynəlxalq hüququn,BMTTəhlükəsizlik Şurasının məlum qətnamələrinin tələb etdiyi istiqamətdə hərəkət etsin. Azərbaycan prezidenti bir həqiqəti də açıqladı ki, həm Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ, həm də Dağlıq Qarabağdan kənardakı işğal edilmiş torpaqlarında Fransanın 20-dən çox şirkəti fəaliyyət göstərir. Bu, Fransanın beynəlxalq qanunları pozmasıdır. Dövlət başçısı xəbərdarlıq etdi ki, bu Fransa şirkətləri Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyətini dayandırmalıdır, əks təqdirdə, bununla bağlı məhkəmə iddiaları qaldırıla və digər hüquqi tədbirlər görülə bilər”.

Politoloq Azərbaycan prezidentinin Fransada işgüzar dairələrlə görüşlərinə də diqqət çəkib: "Dövlət başçısı fransız iş adamlarını investisiya yatırtmaq üçün Azərbaycana dəvət etdi. Xüsusilə kənd təsərrüfatı sahəsinə investisiya qoymağa çağırdı. Fransanın parlament və digər strukturları ilə görüşlər də maraqlı oldu. Zənnimcə, Azərbaycan prezidentinin Fransaya səfəri çox yerində olan səfər idi. Bu saat ağır diplomatik mübarizə dövrü başlayır. Danışıqlar prosesində fasilə yaransa da, həm Minsk Qrupunun həmsədri olan dövlətlərin başçıları ilə, həm də bütövlükdəATƏT-lə müxtəlif kontaktlar qurulur. Bu kontaktlar səviyyəsində istər Ermənistan, istər Azərbaycan öz maraqlarını qorumağa səy göstərir. Bu, Azərbaycana daha çox lazımdır. Çünki işğalçı rejimin tərəfdarları çoxdur, lobbiçilik fəaliyyəti genişdir və xristian təəssübkeşliyindən məharətlə istifadə edir. Azərbaycan diplomatiyası hazırda fəaldır, ancaq daha da fəallaşmasına böyük ehtiyac var. Çalışmalıyıq ki, düşmən bizi diplomatik mübarizədə udmasın. Prezidentin Fransaya səfəri bu baxımdan xüsusən önəmlidir”.
banner

Oxşar Xəbərlər