AZE | RUS | ENG |


Azərbaycan prezidenti: “Zəhranın və nənəsinin qanı yerdə qalmadı”

Azərbaycan prezidenti: “Zəhranın və nənəsinin qanı yerdə qalmadı”
"Ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Zəhranın və nənəsinin qanı yerdə qalmadı”.
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
        
Ötən ay Ermənistanın törətdiyi təxribat nəticəsində bir hərbçimizin şəhid olduğunu, lakin ordumuzun yenə də düşmənə layiqli cavab verdiyi deyən prezident İlham Əliyev bir neçə gün öncə Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib, bunu Ermənistanın siyasi rəhbərliyinin üzünü və erməni faşizminin eybəcər sifətini bütün dünyaya nümayiş etdirdiyini bildirib. "Bu cinayət cavabsız qoyulmadı”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
 
İlin birinci yarısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyi ilə bağlı bir çox irəliləyişlərinin olduğunu deyən Azərbaycan prezidenti İlham Əliyev bu ilin əvvəlində separatçı rejimin keçirdiyi "referendum”un dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınmadığını diqqətə çatdırıb: "Bununla da, beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığını bir daha bəyan edib”. 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.3022
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6445
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0368
CHF 1 İsveçrə frankı 1.7698
USD 1 ABŞ dolları 1.7007