• çərşənbə axşamı, 19 mart, 07:43
  • Baku Bakı 8°C

İlham Əliyev: “Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir"

24.09.17 18:20 1620
İlham Əliyev: “Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir"
"Salyan rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Salyan rayonuna səkkizinci səfərimdir. Bugünkü səfər zamanı biz yeni kənd yolunun açılışını birlikdə edirik. Bu, çox əhəmiyyətli yoldur”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevSalyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, uzunluğu 30 kilometr olan bu yol bir neçə kəndi birləşdirir: "Beləliklə, bu, Salyan rayonunun yol infrastrukturuna növbəti töhfədir. Bu, ikinci kənd yolu layihəsidir. Əvvəlki dövrdə bir layihə icra edilib, indi üçüncü layihənin icrası ilə bağlı işlər gedir. Sabah həmin yolun tamamlanması ilə əlaqədar yeni sərəncam da imzalanacaq və beləliklə, əminəm ki, yaxın gələcəkdə Salyan rayonunda bütün kənd yolları abadlaşacaq. Mənə bu gün məlumat verildi ki, bir yol layihəsi də var və bu məsələ vətəndaşlar tərəfindən qaldırılıb – Salyan-Şirvan yolunun tikintisi məsələsidir. Bu məsələyə də baxılacaq və əminəm ki, Dövlət İnvestisiya Proqramına bu yol da salınacaq və beləliklə, həm Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq, həm də ki, yolun üstündə bir çox kəndlər, qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə olacaq”.
Azərbaycan prezidenti bildirib ki, yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir: "Salyan sakinləri yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir. Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb. Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, - bu layihəyə şərti ad vermişik, - "40 yol” layihəsi icra edilir. Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir”.
banner

Oxşar Xəbərlər