• cümə, 29 Mart, 10:23
  • Baku Bakı 5°C

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

26.02.17 10:15 839
Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Azərbaycan prezidentiİlham ƏliyevBakıdaXocalısoyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Xocalı” abidəsini ziyarət edib.
APA-nın məlumatına görə,Xocalısoyqırımının 25-ci ildönümü münasibətilə Bakı Dəniz Vağzalının qarşısından "Xocalı” abidəsinin qarşısınadək keçirilən yürüş başa çatıb.
Yürüşdə iştirak edən Azərbaycan prezidenti abidəni ziyarət edib, önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazirArtur Rasizadə, Milli Məclisin sədriOqtay Əsədov, Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyevdə abidənin önünə gül dəstələri qoyublar.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmişXocalısakinləri iştirak ediblər.
Anma mərasiminin iştirakçıları abidənin önünə güllər düzüblər.
banner

Oxşar Xəbərlər