• cümə, 29 Mart, 02:49
  • Baku Bakı 7°C

Azərbaycan prezidenti və birinci vitse-prezident Fərid Qayıbovu təbrik edib

03.12.17 14:30 3870
Azərbaycan prezidenti və birinci vitse-prezident Fərid Qayıbovu təbrik edib
Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin Prezidentiİlham Əliyevvə birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbovu təbrik edib.
APA-nın məlumatına görə, təbrik məktubunda qeyd edilib ki, ilk dəfə olaraq Azərbaycan nümayəndəsi Avropa idman federasiyasına rəhbərlik edəcək.
Bu, Azərbaycanda son illər ərzində gimnastika idman növünün sürətli inkişafının Avropa Gimnastika ailəsi tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür: "Gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, ölkəmizdə ən yüksək standartlara cavab verən Milli Gimnastika Arenasının və bölgələrdə gimnastika bölmələrinin yaradılması haqlı olaraq Avropa Gimnastika İttifaqı tərəfindən yüksək qiymətləndirilib. Sizin də Avropa Gimnastika İttifaqının vitse-prezidenti kimi fəaliyyətinizin bu vəzifəyə seçilməyinizdə böyük rolu olub. Bir daha sizi təbrik edir, sizə uğurlar arzulayırıq".
banner

Oxşar Xəbərlər