• cümə axşamı, 28 mart, 13:56
  • Baku Bakı 16°C

Azərbaycan prezidenti Türkiyə nümayəndə heyətini qəbul edib

23.02.17 16:22 786
Azərbaycan prezidenti Türkiyə nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevTürkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə,F. Çelik prezident İlham Əliyevin tövsiyəsi ilə İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Bakıda yaradılmasına və uğurla fəaliyyət göstərməsinə görə dövlət başçısına minnətdarlığını bildirib.

O, hazırda Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi ilə AzərbaycanınKənd Təsərrüfatı Nazirliyiarasında sıx əməkdaşlığın yaradıldığını deyib.

Prezidentİlham ƏliyevTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda telefon danışığını və baş nazir Binəli Yıldırımla Münxendə görüşünü məmnunluqla xatırlayıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin bu gün Bakıda keçirilən növbəti toplantısının önəmini qeyd edən dövlət başçısı Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrakla səmərəli görüşün olduğunu vurğulayıb.

Görüşdə ölkələrimizin kənd təsərrüfatı nazirlikləri arasında əlaqələrin yaxşı potensiala malik olduğu bildirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər