• cümə, 19 Aprel, 13:32
  • Baku Bakı 25°C

Azərbaycan prezidenti təyyarə qəzası ilə bağlı İran prezidentinə başsağlığı verib

18.02.18 15:16 724
Azərbaycan prezidenti təyyarə qəzası ilə bağlı İran prezidentinə başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyevbu gün İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarıHəsən Ruhaniyə başsağlığı verib.

APA-nın məlumatına görə, prezidentİlham Əliyevİrand sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri olduqca kədərləndiyini bildirib.

Dövlət başçısı baş vermiş bu faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandanhavaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.
banner

Oxşar Xəbərlər