• cümə axşamı, 25 aprel, 09:38
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti tacikistanlı həmkarını təbrik edib

08.09.16 18:30 1141
Azərbaycan prezidenti tacikistanlı həmkarını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyevtacikistanlı həmkarı Emoməli Rəhmonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli Emoməli Şərifoviç,milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Tacikistan xalqını ürəkdən təbrik edirəm. Azərbaycanı və Tacikistanı sıx dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağlayır. Əminəm ki, çoxəsrlik mehribanlıq ənənələrinə əsaslanan ikitərəfli münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək. Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzu edirəm”.
banner

Oxşar Xəbərlər