• cümə axşamı, 25 aprel, 15:01
  • Baku Bakı 23°C

Azərbaycan prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndərib

03.02.18 17:31 622
Azərbaycan prezidenti Şri-Lanka prezidentinə təbrik məktubu göndərib
Azərbaycan prezidentiİlham ƏliyevŞri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli cənab Prezident,Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".
banner

Oxşar Xəbərlər