• cümə, 29 Mart, 06:27
  • Baku Bakı 5°C

Azərbaycan prezidenti Sloveniya və Xorvatiya prezidentlərini ölkələrinin Dövlətçilik Günü münasibəti ilə təbrik edib

23.06.18 15:03 666
Azərbaycan prezidenti Sloveniya və Xorvatiya prezidentlərini ölkələrinin Dövlətçilik Günü münasibəti ilə təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevSloveniya prezidenti Borut Pahor və Xorvatiya prezidenti Kolinda Qrabarı ölkələrinin milli bayramı - Dövlətçilik Günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, prezidentİlham ƏliyevSloveniya prezidentinə ünvanladığı təbrikdə qeyd edib ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Dövlət başçısı dost Sloveniya xalqına sülh və rifah arzulayıb.
Prezidentİlham ƏliyevXorvatiya prezidentinə təbrikində Azərbaycan-Xorvatiya münasibətlərinin dinamik və hərtərəfli inkişaf yolunda olduğunu bildirib: "Ölkələrimizin strateji tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar açır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə etməklə dost xalqlarımızın rifahına töhfələr verəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.
banner

Oxşar Xəbərlər