Azərbaycan prezidenti Şəmkir rayonuna səfərə gəlib
Bu gün Azərbaycan prezidentiİlham ƏliyevŞəmkir rayonuna səfərə gəlib.
APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezidentİlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son illər Şəmkirdə bir sıra mühüm sosial-infrastruktur layihələri icra edilib, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni istirahət məkanları yaradılıb, yaşıllıqlar salınıb.