• cümə, 19 Aprel, 05:17
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti Şamaxıda otel açılışında olub

14.05.14 09:54 1487
Azərbaycan prezidenti Şamaxıda otel açılışında olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si "Delux", 9-u "Suite", 8-i "King-suite", 3-ü isə "Presidential suite"dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, "SPA" mərkəzi və s. vardır.
Dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi./trend/
banner

Oxşar Xəbərlər