• cümə, 29 Mart, 15:48
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti Salyanda Bayraq Muzeyinin açılışında iştirak edib

24.09.17 14:30 1376
Azərbaycan prezidenti Salyanda  Bayraq Muzeyinin açılışında iştirak edib
Bu gün Azərbaycan prezidentiİlham ƏliyevSalyana səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, prezidentİlham Əliyevmuzeyin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət başçısına burada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.
banner

Oxşar Xəbərlər