• şənbə, 20 Aprel, 07:01
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti Rusiya Dövlət Dumasının sədrini qəbul edib

28.06.14 07:58 864
Azərbaycan prezidenti Rusiya Dövlət Dumasının sədrini qəbul edib
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirən dövlət başçısı son vaxtlar yüksək səviyyəli səfərlərin həyata keçirildiyini vurğulayaraq bu baxımdan Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərə toxunan dövlət başçısı bunun ikitərəfli münasibətlərimizin bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə olunması baxımından önəmini qeyd edib.
Bu günlərdə Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirildiyini vurğulayan prezident İlham Əliyev tədbirdə Rusiya Federasiyasının müxtəlif bölgələrini təmsil edən 300-dən artıq nümayəndənin iştirakının əhəmiyyətini vurğulayıb. Ölkələrimizin bütün sahələrdə səmərəli fəaliyyət həyata keçirdiyini deyən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etməsinin önəmini diqqətə çatdırıb. Dövlət başçısı ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü illik sessiyasının yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin qəbula və xoş sözlərə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sergey Narışkin ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsindən məmnunluğunu qeyd etdi və sessiyada əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu deyib. Rusiya Dövlət Dumasının sədri azərbaycanlı həmkarları ilə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında əlaqəli fəaliyyət göstərdiklərini vurğulayıb./apa/
banner

Oxşar Xəbərlər