• cümə, 29 Mart, 05:45
  • Baku Bakı 7°C

Azərbaycan prezidenti Roma Papasını təbrik edib

17.03.18 21:13 550
Azərbaycan prezidenti Roma Papasını təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevRoma Papası Fransisk Həzrətlərinə təbrik ünvanlayıb.
APA-nın məlumatına görə, dövlət başçısı Ropa papasını tacqoyma günü münasibətilə təbrik edib:
"Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.
Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.
banner

Oxşar Xəbərlər