• çərşənbə axşamı, 16 aprel, 14:01
  • Baku Bakı 19°C

Azərbaycan prezidenti qalib idmançımıza qızıl medalı təqdim edib

20.06.15 10:18 1920
Azərbaycan prezidenti qalib idmançımıza qızıl medalı təqdim edib
Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib
Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı taekvondoçumuz Radik İsayev qazandırıb. Apasport.az saytının məlumatına görə, +80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Vladislav Larinə qalib gəlib.
Nəticədə İsayev çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.
Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.
Fəxri kürsüyə qalxan İsayevə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.
Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.
banner

Oxşar Xəbərlər