• cümə axşamı, 25 aprel, 14:44
  • Baku Bakı 23°C

Azərbaycan prezidenti payızda Macarıstana səfər edəcək

24.05.17 15:20 1003
Azərbaycan prezidenti payızda Macarıstana səfər edəcək
Azərbaycan prezidentiİlham ƏliyevMacarıstana səfər edəcək.
APA-nın xəbərinə görə, bu barədə məlumat verən Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfərin bu ilin oktyabrına planlaşdırıldığını deyib.
Diplomat bildirib ki, bu səfər dinamik inkişaf edən münasibətləri daha gücləndirəcək: "Son 25 ildə siyasi rəhbərlər arasında bir sıra yüksək səviyyəli vacib səfərlər həyata keçirilib. Azərbaycan prezidentinin 2014-cü ildə Budapeşt səfərindən sonra əlaqələr strateji səviyyəyə qalxıb. Baş nazir Viktor Orbanın 2016-cı ildə Azərbaycana səfərindən sonra isə səfərlərin mütəmadi olaraq həyata keçirilməsi qərara alınıb".
banner

Oxşar Xəbərlər