• cümə axşamı, 28 mart, 20:06
  • Baku Bakı 13°C

Azərbaycan Prezidenti Paşinyanın faşist ideologiyasına dağıdıcı diplomatik zərbə endirdi

12.10.19 18:36 499
Azərbaycan Prezidenti Paşinyanın faşist ideologiyasına dağıdıcı diplomatik zərbə endirdi
Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında müzakirə olunan format çox uğurla seçilmişdi. Gələn il İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci ildönümünün qeyd olunacağı faktı vaxtında müzakirə olunub və məhz bu kontekstdə Azərbaycan Prezidentinin çıxışı aktual səslənib.
Bunu Trend-ə azərbaycanlı politoloq Fikrət Sadıqov Azərbaycan dövlət başçısının həmin iclasda çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, Prezidentin Aşqabaddakı çıxışı N.Paşinyana güclü zərbə oldu:
"Həm də bu zərbə təkcə üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njdenin şəxsiyyətinə deyil, hərbi cinayətkarın fəaliyyətini müdafiə edən indiki Ermənistan rejiminə də endirildi. Azərbaycan Prezidenti öz arqumentləşdirilmiş çıxışında ensiklopedik arayışlara, sənədlərə, hərbi tarixçi və alimlər tərəfindən təsdiqlənmiş müxtəlif mənbələrə əsaslandı. Ona görə də güclü informasiya və ideologiya zərbəsinə məruz qalmış N.Paşinyanın ruhdan düşməsi təəccüb doğurmur. Fikrimcə, o, bu zərbədən uzun müddət özünə gələ bilməyəcək. Erməni baş nazirin hərbi cinayətkarın müdafiəsi üçün etdiyi cılız çıxış bir daha göstərdi ki, o, əli öz ölkəsini qoruyan insanların qanına bulanmış üçüncü reyx əlaltılarını hər cür müdafiə edir. Paşinyanın bəraətləri çox cılız və primitiv idi və fikrimcə, görüşdə iştirak edənlər baş verənlərdən düzgün nəticə çıxardılar”.
Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışı dünya mətbuatında, Rusiya nəşrlərində geniş əks-səda doğurub, rusiyalı rəsmi şəxslərin, xüsusilə də Dövlət Dumasının deputatlarının dəstəyini qazanıb. O əlavə edib ki, bu dəstək vaxtlı-vaxtında ifadə olunub və Azərbaycan Prezidentinin vurğuladığı vacib aspektlərdən qaynaqlanıb:
"Fikrimcə bu, fəal informasiya və diplomatiya hücumu vəziyyəti adlanır və Azərbaycan Prezidenti bunu növbəti dəfə nümayiş etdirdi”.
banner

Oxşar Xəbərlər