• cümə axşamı, 25 aprel, 13:25
  • Baku Bakı 23°C

Azərbaycan prezidenti Pakistanın yeni səfirini qəbul edib

01.02.14 12:54 1220
Azərbaycan prezidenti Pakistanın yeni səfirini qəbul edib
APA-nın məlumatına görə, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə bu münasibətlərin daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib. Prezident Azərbaycanla Pakistan arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini deyib, əlaqələrin iqtisadi, mədəni, humanitar və digər sahələrdə də genişləndiriləcəyinə ümidvar olduğunu bildirib, bunun regional əməkdaşlıq baxımından da önəmini qeyd edib. Dövlət başçısı iki ölkənin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsini yüksək dəyərləndirib.
Öz növbəsində, səfir Xalid Usman Qayser qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Pakistan əlaqələrinin daha da möhkəmləndirilməsində səylərini əsirgəməyəcək. Səfir Heydər Əliyev Fondu tərəfindən ölkəsində həyata keçirilən humanitar layihələrin əhəmiyyətini vurğulayıb. O, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyəcəyini bildirib.
Görüşdə ölkələr arasında əlaqələrin sənaye, hərbi-texniki əməkdaşlıq, müdafiə, əczaçılıq, informasiya-kommunikasiya texnologiyaları, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər