Azərbaycan prezidenti Naxçıvana səfər edib
Azərbaycan prezidentiİlham Əliyevyanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfər edib.
APA-nın xəbərinə görə, prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.
Naxçıvan BeynəlxalqHavaLimanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.