• çərşənbə axşamı, 23 aprel, 10:40
  • Baku Bakı 20°C

Azərbaycan prezidenti Naxçıvan MR-nın 90 illik yubiley mərasimində

08.04.14 11:38 1022
Azərbaycan prezidenti Naxçıvan MR-nın 90 illik yubiley mərasimində
APA-nın məlumatına görə, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının salonunda keçirilən toplantıda MR-in hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandakı diplomatik korpusun, Naxçıvan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan prezidenti mərasimdə geniş nitq söyləyib.
Sonra Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib.
Prezident İ. Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı müxtəlif orden və medallara, fəxri adlara layiq görülüb.
Dövlət başçısı həmin mükafatları təqdim edib.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.
banner

Oxşar Xəbərlər