• cümə, 29 Mart, 14:38
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti: “Mütləq o torpaqlara qayıdacağıq”

31.08.13 08:02 1415
Azərbaycan prezidenti: “Mütləq o torpaqlara qayıdacağıq”
Biz mütləq o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və yenidən bütün şəhərləri quracağıq, tikəcəyik. APA-nın məlumatına görə, bunu avqustun 29-da Ağcabədidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı prezident İlham Əliyev deyib. Dövlət başçısı əmin olduğunu bildirib ki, “Böyük qayıdış” proqramı qısa müddət ərzində icra ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar, məktəblər, iş yerləri açılacaq.
“Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Füzuli rayonunun bir hissəsində görülən işlər onu göstərir ki, biz bütün bərpa işlərini qısa müddət ərzində görə bilərik. Hazırda hər il 20 min köçkün müasir evlərlə, mənzillərlə təmin edilir. Yəni, demək olar ki, hər il biz bir şəhər boyda qəsəbələr, evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına. Ona görə torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal altında olan torpaqlara yeni həyat veriləcək”, - deyə prezident vurğulayıb.
banner

Oxşar Xəbərlər