• şənbə, 20 Aprel, 12:21
  • Baku Bakı 23°C

Azərbaycan prezidenti Münhendə görüşlər keçirib - Fotolar

17.02.17 12:20 1058
Azərbaycan prezidenti Münhendə görüşlər keçirib - Fotolar
Azərbaycan prezidenti İlham Əliyevin Münhendə Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko ilə görüşü olub.

APA-nın məlumatına görə, V. Kliçko ölkələrimiz arasında qədim tarixə malik dostluq münasibətlərinin olduğunu deyib.

Ukraynada çoxlu sayda Azərbaycan diasporunun nümayəndələrinin yaşadığını deyən Kiyevin meri mütəmadi olaraq onlarla görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, qarşılıqlı biznes maraqlarının olduğunu deyən V. Kliçko SOCAR-ın Ukraynada uğurlu fəaliyyətini vurğulayıb, şirkətin və Azərbaycan diasporunun nümayəndələrinin Ukraynanın inkişafına mühüm töhfə verdiyini bildirib. Mer Kiyevdə Heydər Əliyevin adını daşıyan parkın şəhərin ən nümunəvi məkanlarından birinə çevrildiyini deyib.

Prezidentİlham ƏliyevKiyevin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, onun tarixi hissəsinin qorunmasının və şəhərin inkişafının böyük diqqət tələb etdiyini vurğulayıb, Bakı və Kiyev meriyaları arasında münasibətlərin möhkəmləndirilməsinin və qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətindən danışıb. Azərbaycan diasporunun Ukraynanın inkişafına töhfə verdiyini bildirən dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmləndiyini, Ukraynanın Azərbaycanın etibarlı tərəfdaşı olduğunu qeyd edib.





banner

Oxşar Xəbərlər