• cümə, 19 Aprel, 15:42
  • Baku Bakı 25°C

Azərbaycan Prezidenti: “Müharibənin əvvəlindən sonunadək bizə güclü siyasi və mənəvi dəstək verən qardaş Türkiyəyə çox minnətdarıq”

13.04.21 14:35 595
Azərbaycan Prezidenti: “Müharibənin əvvəlindən sonunadək bizə güclü siyasi və mənəvi dəstək verən qardaş Türkiyəyə çox minnətdarıq”
"Qonşu ölkələrlə münasibətlər uğurla inkişaf edir. Müharibə bunu bir daha nümayiş etdirdi. Mən çox detallara varmaq istəmirəm, lakin əsas etibarilə, biz qonşu ölkələrin davranış və fəaliyyətindən məmnunuq. Əlbəttə, biz, müharibənin əvvəlindən sonunadək güclü siyasi və mənəvi dəstək verən qardaş ölkəmiz Türkiyəyə çox minnətdarıq”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Digər üç qonşuya gəldikdə, dövlət başçısının sözlərinə görə, əsas hədəf onların neytral olması idi və bu baş verdi: "Müharibədən sonrakı vəziyyət nümayiş etdirdi ki, indi qonşularımız regional inkişafla bağlı bizim fikirlərimizi paylaşırlar. Yeri gəlmişkən, biz artıq qonşu ölkələrlə regionun necə inkişaf etməli olduğu, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət layihələrinin nə olmağı barədə müzakirə etmişik. Beləliklə, bizim heç bir fikir ayrılığımız yoxdur. Bu düzdür ki, Ermənistan hələ öz siyasətini ictimai şəkildə elan etməyib, amma "defakto” etdikləri düşünürəm ki, qənaətbəxşdir”.

banner

Oxşar Xəbərlər