• çərşənbə axşamı, 16 aprel, 19:55
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti Mərakeş kralını təbrik edib

29.07.17 18:32 1658
Azərbaycan prezidenti Mərakeş kralını təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevMərakeş kralı VI Məhəmmədə təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, məktubda deyilir:
Əlahəzrət, əziz qardaşım. Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Mərakeş arasındakı münasibətlər ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
banner

Oxşar Xəbərlər