• şənbə, 20 Aprel, 16:58
  • Baku Bakı 23°C

Azərbaycan prezidenti Məkkədə ümrə ziyarətində olub

07.04.15 06:45 1000
Azərbaycan prezidenti Məkkədə ümrə ziyarətində olub
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.
Ziyarətgahın rəhbərləri dövlət başçısını mehribanlıqla qarşılayıblar. Azərbaycan prezidenti və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni 7 dəfə qət ediblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada namaz qılıblar. Ümrə ziyarəti başa çatdıqdan sonra dövlət başçısı Əl-Həram məscidini seyr edib. Azərbaycan prezidentinə məscid haqqında ətraflı məlumat verilib.
banner

Oxşar Xəbərlər