• cümə, 29 Mart, 16:28
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti MDB-nin ölkə başçılarının sammitində iştirak edəcək

13.09.16 20:06 891
Azərbaycan prezidenti MDB-nin ölkə başçılarının sammitində iştirak edəcək
Azərbaycan prezidentiİlham ƏliyevMDB ölkələrinin dövlət başçılarının sentyabrın 16-da Bişkekdə keçiriləcək iclasında iştirak edəcək."Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə QırğızıstanınXarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev məlumat verib.
"Əksər prezidentlərin iştirakı gözlənilir. Biz Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən rəsmi təsdiq almışıq. Hazırda Özbəkistandan təsdiq gözləyirik. Moldovadan baş nazir, Ukraynadan səfir, Türkmənistandan isə Nazirlər Kabinetinin sədr müavininin iştirakı gözlənilir", - deyə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.
Dövlət başçılarının bir sıra bəyanatlar verəcəyi, proqram qəbul edəcəyi və MDB-nin mədəniyyət paytaxtını elan edəcəkləri planlaşdırılır.
banner

Oxşar Xəbərlər