• çərşənbə, 24 Aprel, 08:38
  • Baku Bakı 13°C

Azərbaycan prezidenti MDB İcraiyyə Komitəsinin sədrini qəbul edib

12.04.18 12:42 428
Azərbaycan prezidenti MDB İcraiyyə Komitəsinin sədrini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevMDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri,MDBİcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib.

APA-nın məlumatına görə, Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdıraraq deyib:

"Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür.MDBİcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”.

S. Lebedev dövlət başçısınaMDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib vəİlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib. Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzulayıb.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən prezidentİlham Əliyevxeyli sayda müşahidəçinin daxil olduğuMDBmüşahidəçilər missiyasının fəaliyyətinin önəmini qeyd edib.MDBilə əlaqələrə toxunan dövlət başçısı ölkəmizin bu əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd edib ki, Azərbaycan tərəfi hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir.

Prezidentİlham ƏliyevSergey LebedevinMDB-nin beynəlxalq nüfuzunun artması və inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. AzərbaycanınMDB-nin fəal üzvü olduğunu vurğulayan dövlət başçısı bildirib ki, ölkəmiz bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.
banner

Oxşar Xəbərlər