• cümə, 29 Mart, 19:50
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti Liberiya və Maldiv Respublikasının rəhbərlərini təbrik edib

25.07.17 18:19 2171
Azərbaycan prezidenti Liberiya və Maldiv Respublikasının rəhbərlərini təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevLiberiya dövlət başçısı Ellen Conson-Serlifi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm”.
Azərbaycan prezidenti həmçinin Maldiv Respublikasının prezidentiAbdulla Yamin Abdul Qəyyumu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm”.
banner

Oxşar Xəbərlər