• şənbə, 20 Aprel, 13:50
  • Baku Bakı 23°C

Azərbaycan prezidenti İtaliyanın iqtisadi inkişaf nazirini qəbul edib

15.04.15 09:05 1085
Azərbaycan prezidenti İtaliyanın iqtisadi inkişaf nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, F. Quidi Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib.
Əlaqələrin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlət başçısına məlumat verib.
Prezident İlham Əliyev Romada İtaliyanın baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd edib. Ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın önəmini vurğulayıb.
Prezident “Cənub” qaz dəhlizi layihəsinə toxunaraq, TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyətini qeyd edib.
Dövlət başçısı Federika Quidinin səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycanla İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər