• çərşənbə, 24 Aprel, 21:13
  • Baku Bakı 23°C

Azərbaycan prezidenti Çinin rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

20.05.14 19:47 1114
Azərbaycan prezidenti Çinin rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün mayın 19-da Çin Xalq Respublikasına işgüzar səfərə gəlib. Şanxayın “Pudong” Beynəlxalq Aeroportunda prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Azərbaycan prezidenti mayın 20-də Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşüb. Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Çin Xalq Respublikasının sədri Si Cinpin prezident İlham Əliyevi qarşılayıb. Sonra dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Daha sonra ÇXR sədri Si Cinpin və prezident İlham Əliyev çıxış ediblər.
Görüşdə Azərbaycan ilə Çin arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Söhbət zamanı beynəlxalq, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər