• cümə, 19 Aprel, 00:27
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti İngiltərənin xarici işlər nazirini qəbul edib

17.12.13 12:35 1478
Azərbaycan prezidenti İngiltərənin xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul edib.
APA-nın məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib, neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dünyanın ən böyük enerji layihələrindən olan “Şahdəniz-2”nin Avropa və regionda əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edilib, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyinin vurğulandığı görüşdə yarışların yüksək səviyyədə təşkili istiqamətində ölkələr arasında təcrübə mübadiləsi aparılmasının önəmi qeyd edilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər