• cümə, 19 Aprel, 03:13
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti Fransaya səfərə gedib

19.07.18 19:36 549
Azərbaycan prezidenti Fransaya səfərə gedib
Azərbaycan prezidentiİlham Əliyevin Fransaya səfəri başlayıb.

APA-nın məlumatına görə, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə gerçəkləşir.
Dövlət başçısının Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub. Tyerri de Montbrial Heydər Əliyev ilə Fransada və Azərbaycanda, prezidentİlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər