• cümə, 19 Aprel, 22:15
  • Baku Bakı 24°C

Azərbaycan prezidenti Fidel Kastronun vəfatı ilə əlaqədar başsağlığı verib

26.11.16 13:42 1083
Azərbaycan prezidenti Fidel Kastronun vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan prezidentiİlham ƏliyevKuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa başsağlığı verib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Sədr, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
banner

Oxşar Xəbərlər