Azərbaycan prezidenti Estoniyanın dövlət idarəçiliyi nazirini qəbul edib
Azərbaycan prezidentiİlham Əliyevaprelin 5-də Estoniyanın dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.