• cümə, 29 Mart, 08:53
  • Baku Bakı 5°C

Azərbaycan prezidenti: "Ermənistanı təcrid siyasəti torpaqlarımız azad olunana kimi davam etdiriləcək"

08.02.18 15:00 802
Azərbaycan prezidenti: "Ermənistanı təcrid siyasəti torpaqlarımız azad olunana kimi davam etdiriləcək"
"Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
"Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdə ikinci erməni dövləti yaransın” deyən dövlət başçısı vurğulayıb ki, tarixi torpaqlara qayıdış bizim siyasi-strateji hədəfimizdir.
Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını deyən prezidentİlham Əliyevtəcrid siyasətinintorpaqlarımız azad olunana kimi davam etdiriləcəyini deyib.
Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlərAzərbaycan ordusunun gücünü əks etdirir.
banner

Oxşar Xəbərlər