• cümə axşamı, 25 aprel, 20:58
  • Baku Bakı 21°C

Azərbaycan Prezidenti: “Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər”

13.04.21 10:47 476
Azərbaycan Prezidenti: “Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər”
"Ermənistandakı rejim istəmirdi ki, xaricilər viranəlikləri və azərbaycanlılara qarşı olan nifrəti görsünlər. Çünki bu dağıntılar və xarabalıqlar Birinci Qarabağ müharibəsindən sonra törədilib. Çünki mülki kəndləri müharibə zamanı dağıtmaq mümkün deyil. Onlar bunu Azərbaycan mədəniyyətinin irsini, bu əraziləri bizim yaddaşlardan silmək üçün, bu ərazilərin mənşəyini dəyişmək üçün bilərəkdən törədiblər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Prezident deyib ki, indi, biz həmin ərazilərə qayıdırıq, Ermənistan qoşunlarının işğalının fəsadlarını, bizim tarixi torpaqlara, dini abidələrə qarşı etdiklərini gözlərimizlə görürük.

banner

Oxşar Xəbərlər