• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

Azərbaycan prezidenti: “Erməni lobbisinin əbədi düşməniyik”

21.07.15 16:11 1105
Azərbaycan prezidenti: “Erməni lobbisinin əbədi düşməniyik”
“Biz erməni təbliğatını ifşa etməliyik. Dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı hücumların arxasında nələr dayanır. Bu, çox sadə yanaşmadır ki, erməni lobbisi nə üçün bizə qarşı bu fəaliyyəti aparır. Bu, ilk növbədə düşmənçiliyə görədir, biz onların əbədi düşməniyik, bunu heç kim heç vaxt yaddan çıxarmasın”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, erməni lobbisi Azərbaycanda demokratiya olmadığını sübut etməyə çalışır: “Guya insan haqları pozulur və beləliklə, erməni azlığı gələcəkdə Azərbaycanın tərkibində yaşaya bilməz. Halbuki bu, tam cəfəngiyatdır. Azərbaycan çoxmillətli, çox konvensiyalı ölkədir. Bütün millətlərin, dinlərin nümayəndələri Azərbaycanda qardaşlıq şəraitində yaşayır. Ölkəmizdə unikal şərait yaradılıb və bu, bir çox ölkələr üçün nümunə ola bilər. Ancaq bu təbliğatın və anti-Azərbaycan kampaniyasının arxasında duran əsas tezis məhz bundan ibarətdir, yenə də Dağlıq Qarabağ münaqişəsidir. Ona görə də Azərbaycanı müasir, inkişafda olan, açıq, tolerant ölkə kimi dünya media məkanına təqdim etməliyik. Bununla bərabər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini, ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq”.
banner

Oxşar Xəbərlər