• çərşənbə axşamı, 19 mart, 12:59
  • Baku Bakı 8°C

Azərbaycan prezidenti Ərəb - İslam - Amerika Sammitində iştirak edir

21.05.17 18:58 1363
Azərbaycan prezidenti Ərəb - İslam - Amerika Sammitində iştirak edir
Bu gün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammiti işə başlayıb.
APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, Azərbaycan prezidentiİlham ƏliyevSammitdə iştirak edir.
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Sammitin keçirildiyi Kral Əbdüləziz Beynəlxalq Konfrans Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri Sammit "Birlikdə güclüyük” devizi altında keçirilir. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılır. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.
banner

Oxşar Xəbərlər