• çərşənbə, 17 Aprel, 03:40
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti Donald Trampa zəng edib

17.11.16 19:39 967
Azərbaycan prezidenti Donald Trampa zəng edib
Azərbaycan prezidentiİlham ƏliyevABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefonla zəng edib.

APA-nın məlumatına görə, dövlət başçısı Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezidentİlham ƏliyevAzərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da möhkəmləndirilməsi üçün çox böyük potensialın mövcud olduğunu qeyd edib.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp göstərilən diqqətə və təbrikə görə prezidentİlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp qeyd edib ki, prezidentİlham Əliyevhaqqında çox xoş sözlər eşidib və dövlət başçısına fəaliyyətində uğurlar azulayıb.

D. Tramp prezident İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
banner

Oxşar Xəbərlər