• cümə axşamı, 28 mart, 19:15
  • Baku Bakı 13°C

Azərbaycan prezidenti Dağlıq Qarabağ danışıqları barədə iranlı həmkarını məlumatlandırıb

07.08.16 16:41 798
Azərbaycan prezidenti Dağlıq Qarabağ danışıqları barədə iranlı həmkarını məlumatlandırıb
"Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidentiHəsən Ruhaniilə görüşdən sonra keçirilən mətbuat konfransında prezidentİlham Əliyevdeyib.

Dövlət başçısı bildirib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. Mən bu gün münaqişənin tənzimlənməsi sahəsində son vəziyyəti İran prezidentinə çatdırdım, danışıqların son durumu barədə geniş məlumat verdim.Dağlıq Qarabağəzəli Azərbaycan torpağıdır. Qarabağla yanaşı, ətraf 7 rayon da bu gün Ermənistanın işğalı altındadır. Məscidlərimiz dağıdılıb, insanlarımız torpaqlarından qovulub. Münaqişənin həlli üçün işğalçı qüvvələr işğal edilən torpaqlardan çıxarılmalıdır. Bu,BMTqətnamələrində də əksini tapıb. İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Ermənistanın aprel təxribatı pisləndi, kontakt qrupu yaradıldı”.

Aprel təxribatlarından söz açan prezidentİlham Əliyevbildirib ki, Azərbaycan məcburiyyət qarşısında qalaraq torpaqlarını və əhalisini qorumaq üçün addımlar atıb: "Bu addımlar çox təsirli oldu. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

banner

Oxşar Xəbərlər