• cümə, 29 Mart, 10:32
  • Baku Bakı 5°C

Azərbaycan prezidenti çexiyalı və finlandiyalı həmkarlarını təbrik edib

29.01.18 14:50 566
Azərbaycan prezidenti çexiyalı və finlandiyalı həmkarlarını təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevMiloş Zemanı yenidən Çexiya prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab Prezident, Çex Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Çexiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmlənməsi yolunda birgə səylərimizi müvəffəqiyyətlə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm”.
Dövlət başçısı həmçinin Sauli Niinistöyə yenidən Finlandiya prezidentiseçilməsi münasibəti ilə təbrik məktubu ünvanlayıb: "Hörmətli cənab Prezident, Finlandiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan-Finlandiya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin daha da genişlənməsinə və inkişafına nail olacağıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Finlandiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.
banner

Oxşar Xəbərlər