• çərşənbə axşamı, 16 aprel, 08:20
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti çexiyalı həmkarı ilə görüşüb

25.04.14 08:18 1107
Azərbaycan prezidenti çexiyalı həmkarı ilə görüşüb
Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. "Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.
Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb./apa/
banner

Oxşar Xəbərlər