• cümə, 26 Aprel, 00:56
  • Baku Bakı 16°C

Azərbaycan prezidenti cəbhədə hərbi hissənin açılışında iştirak edib - Fotolar

03.12.16 12:55 1119
Azərbaycan prezidenti cəbhədə hərbi hissənin açılışında iştirak edib - Fotolar
Dekabrın 3-də Tərtər rayonunda Müdafiə Nazirliyinin yeni inşa edilmiş "N” saylı hərbi hissəsinin açılışı olub.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevhərbi hissənin açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnikZakir HəsənovAli Baş Komandanİlham Əliyevə raport verib.
Məlumat verilib ki, hərbi hissənin ərazisində qərargah, iki kazarma, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün burada idman şəhərciyi, müxtəlif növ texnika və avtomobillərin saxlanıldığı park yaradılıb.






banner

Oxşar Xəbərlər