• şənbə, 20 Aprel, 09:22
  • Baku Bakı 14°C

Azərbaycan Prezidenti: “Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq”

17.11.20 13:10 367
Azərbaycan Prezidenti: “Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq”
"Bildiyiniz kimi işğal edilmiş və işğaldan azad edilmiş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıb. Bizim şəhərlərimiz demək olar ki, yerlə yeksan edilib”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib.
Dövlət başçısı deyib ki, bu, düşmənin vəhşiliyini bir daha göstərir: "İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq”.

banner

Oxşar Xəbərlər