• çərşənbə axşamı, 16 aprel, 18:39
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti Britaniya kraliçasına məktub göndərib

09.06.17 18:43 1358
Azərbaycan prezidenti Britaniya kraliçasına məktub göndərib
Azərbaycan prezidentiİlham ƏliyevBöyük Britaniya və Şimali İrlandiya kraliçasıII Elizabeti ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
banner

Oxşar Xəbərlər