• cümə axşamı, 28 mart, 23:04
  • Baku Bakı 13°C

Azərbaycan prezidenti Bişkekdə Moldova baş naziri ilə görüşüb

16.09.16 14:03 929
Azərbaycan prezidenti Bişkekdə Moldova baş naziri ilə görüşüb
Azərbaycan prezidentiİlham ƏliyevBişkekdə Moldova baş naziri Pavel Filip ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin böyük potensiala malik olmasından məmnunluq ifadə edilib, Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırılıb, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edilib. Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər