• cümə axşamı, 25 aprel, 07:38
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti BƏƏ rəhbərlərini təbrik edib

01.12.17 19:00 4023
Azərbaycan prezidenti BƏƏ rəhbərlərini təbrik edib
Azərbaycan prezidentiİlham ƏliyevBirləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktumu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm. Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və firavanlıq diləyirəm”.
İ. Əliyev həmçinin Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyana məktub ünvanlayıb: "Əlahəzrət, Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm”.
banner

Oxşar Xəbərlər